Gündəm / Cəmiyyət / Hadisə / Video

Xankəndidə erməni oliqarxların zavodundan tapılanlar: "Öz brendləri kimi..." - VİDEO

Xankəndidə erməni oliqarxların zavodundan tapılanlar:

Xankəndidə erməni oliqarxların konyak zavodunun görüntüləri yayılıb.

Bununla bağlı kadrlar AzTV-nin efirində yayımlanan "Sözümüz imzamızdır!" adlı proqramda nümayiş etdirilib.

Konyak zavodunun səhmdarlarından biri də separatçıların hazırda həbsdə olan lideri Arayik Arutyunyan imiş. Ermənilər Azərbaycanın təbii nemətlərindən istifadə edərək müxtəlif məhsullar, o cümlədən konyak istehsal edərək, onu dünyaya öz brendləri kimi təqdim ediblər.

Qeyd edək ki, Qarabağdakı separatçıların keçmiş "prezident"ləri Arkadi Qukasyan (1997-2007), Bako Saakyan (2007-20), Arayik Arutyunyan (2020-23) və "Daşnaksütyun" partiyasının "Qarabağ təmsilçisi", xunta rejiminin "parlament sədri" David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıblar.