Gündəm / Siyasət

"Sərhədləri müəyyən etmək üçün heç bir xəritə yoxdur" - Seyran Ohanyan


Əgər iki düşmən dövlət öz iradəsi ilə sülhsevər qonşu dövlət olmaq barədə qərar qəbul etmək istəyirlərsə, müqavilə imzalamaqla razılığa gəlirlər.

"Kanal14.az" erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Əskipara sakinləri ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, bundan sonra xəritələr üzərində uzunmüddətli işlər aparılır: "İndi iki ölkə arasında heç bir razılaşma yoxdur, dinc yaşamaq razılığı yoxdur, pozuntulardan biri də budur. Bundan əlavə, sərhədləri müəyyən etmək üçün heç bir xəritə yoxdur..."

Ohanyanın sözlərinə görə, Ermənistanın Azərbaycanla 1000 km-lik sərhədi var və hissə-hissə deyil, bütün sərhəd boyu demarkasiya və delimitasiya aparılmalıdır.