Gündəm / Cəmiyyət

Xankəndi Şəhər Məhkəməsinə sədr və hakim təyin olundu

Xankəndi Şəhər Məhkəməsinə sədr və hakim təyin olundu

İlkin Qismət oğlu Abdullayev Xankəndi Şəhər Məhkəməsinə hakim və sədr təyin edilib.

"Kanal14.az"  xəbər verir ki, Prezident İlham Əliyev aprelin 8-də bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, İ.Abdullayev 1985-ci ildə Kürdəmir rayonunda dünyaya gəlib. O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.

İ.Abdullayev bu təyinatadək Sabirabad rayon prokurorunun böyük köməkçisi, 2018-2021-ci illərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi, 2021-ci ildən isə Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifələrində çalışıb.