Gündəm / Dünya

Britaniya qanunsuz miqrasiya ilə mübarizə üçün AİHM-dən çıxa bilər

Britaniya qanunsuz miqrasiya ilə mübarizə üçün AİHM-dən çıxa bilər

Böyük Britaniya qeyri-qanuni miqrant axınının qarşısını almağa kömək edərsə, Avropa İnsan Haqları Məhkəməsindən (AİHM) çıxa bilər.

"Kanal14.az" xəbər verir ki, bu barədə Baş nazir Rişi Sunak "The Sun” qəzetinə müsahibəsində bildirib.

"Hesab edirəm ki, sərhədlərimizin təhlükəsizliyini təmin etmək və qeyri-qanuni miqrasiyaya nəzarət etmək hansısaı xarici məhkəmənin üzvlüyünü saxlamaqdan daha vacibdir, çünki bu, suverenliyimiz üçün əsasdır", - Sunak bildirib.

Nəşr qeyd edir ki, Rişi Sunak baş nazir olduğu bir il yarımdan az müddətdə ilk dəfə olaraq 1953-cü ildən qüvvədə olan Avropa İnsan Haqları Konvensiyasına (AİHM) xitam verilməsinin mümkünlüyü barədə bəyanat verib. Ondan əvvəl AİHM-dən çıxmaq ehtimalına 2019-2022-ci illərdə Böyük Britaniyanın baş naziri olmuş Boris Conson eyham vurub. Conson bildirib ki, Britaniyanın miqrasiya siyasətinin əsas məqsədi La-Manş boğazı vasitəsilə ölkəyə qeyri-qanuni yolla insanları keçirərək onların həyatlarını riskə atan cinayətkar dəstələrlə mübarizə aparmaqdır.

Qeyd edək ki, 14 iyun 2022-ci ildə Britaniya səlahiyyətliləri, Böyük Britaniyadan deportasiya edilən sığınacaq axtaranları qəbul etməyə razılaşan Ruandaya qeyri-qanuni immiqrantların ilk uçuşunu son anda ləğv etmək məcburiyyətində qalıb. Buna səbəb AİHM-in Britaniyanın bir neçə insan haqları təşkilatının müraciətindən sonra verdiyi sərəncam olub.

2024-cü ilin yanvarında Britaniya İcmalar Palatası Londona qeyri-qanuni mühacirləri Ruandaya göndərməyi icazə verən qanun layihəsini təsdiqləyib. Təşəbbüs ondan ibarətdir ki, məhz bu Afrika ölkəsində qeyri-qanuni immiqrantlar Böyük Britaniyada sığınacaq üçün müraciətlərə baxılmasının nəticəsini gözləyəcəklər. Layihəyə indi Lordlar Palatasında baxılmalıdır.