Gündəm / Cəmiyyət

Bu yolda sürət həddi endirildi

Bu yolda sürət həddi endirildi

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib.

"Kanal14.az" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, davam edən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Eyni zamanda bütün məlumat sürət tablolarında "Güclü külək" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilib.