Gündəm / Hadisə / Dünya

Dnepr SES zədələnib: Bütün Ukraynada elektrik enerjisi kəsiləcək? - Şmıqal cavab verdi

 
 
Ukraynanın enerji sistemində vəziyyət nəzarətdə saxlanılır, bütün ölkədə elektrik enerjisinin kəsilməsinə ehtiyac yoxdur.

"Kanal14.az"  xəbər ki, bu barədə Baş nazir Denis Şmıqal "Telegram"da yazıb.

"Rusiyanın enerji və mülki infrastruktura qarşı kütləvi raket zərbəsi. Düşmən bu gün səhər saatlarında müxtəlif tipli raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə etməklə bir sıra rayonlara hücum edib. Atəş nəticəsində bəzi ərazilərdə elektrik enerjisinin verilişində problemlər yaranıb”, - o yazıb.

Baş nazirin sözlərinə görə, bu, hələ ki bütün Ukraynada elektrik enerjisinin kəsilməsinə səbəb olmayacaq.

Şmıqal əlavə edib ki, xilasedicilər və energetiklər artıq gücün tez bir zamanda qaytarılması üçün çalışırlar.
 

"Ukraynanın insanları qorumaq üçün daha çox silaha və daha çox hava hücumundan müdafiə sisteminə, Rusiyanınsa daha çox sanksiyalara və daha çox izolyasiyaya ehtiyacı var. Müharibə təcavüzkar üçün dözülməz bir yükə çevrilməlidir”, o qeyd edib.

Baş nazir Rusiyanın terror aktı nəticəsində mülki infrastrukturun zədələndiyini, ölən və yaralananların olduğunu bəyan edib. O, konkret məlumat verməyib.

Qeyd edək ki, martın 22-nə keçən gecə Rusiya kamikadzelər, qanadlı və ballistik raketlərlə Ukraynaya kütləvi şəkildə hücum edib. Bütün Ukrayna hücuma məruz qalıb, ruslar enerji infrastrukturunu hədəfə alıb. Dnepr su elektrik stansiyası vurulduqdan sonra orada yanğın baş verdi, bənd boyunca hərəkət dayanıb.

DneproSES kritik zədələnmə səbəbindən işləmir, Xarkov işıqsız qalıb, bölgələrdə fövqəladə kəsilmələr var.