Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin enerji infrastrukturuna geniş şəkildə elektrik kəsilməsi ilə nəticələnən son hücumlardan sonra Rusiyanı bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edib.

"Kanal14.az" xəbər verir ki, Ukraynanın tələbi ilə fövqəladə toplanan Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına müraciət edən Zelenski Rusiyanın mütənasib olmayan hücumlar təşkil edərək şəhərləri dağıddığını bildirib.

Rusiyanın bir gündə 70 raket hücumu həyata keçirdiyini bildirən Zelenski, "Mülki əhalinin yaşadığı binaları, məktəbləri, xəstəxanaları və nəqliyyat infrastrukturunu hədəfə alırlar. Rusiyanın son hücumlarından sonra milyonlarla insan istilik və susuz yaşayır. Bu, Rusiyanın terror düsturudur",- deyib.  

Qeyd edək ki, Rusiyanın son hücumlarından sonra Ukraynanın böyük bir hissəsi elektrik enerjisi ilə təmin oluna bilmir.

Kiyev meri Vitali Kliçko bildirib ki, şəhər əhalisinin ən azı 80 faizi işıqsız və susuz yaşayır. Ukrayna hökuməti elektrik enerjisinin kəsilməsi səbəbindən 3 nüvə reaktorunu bağlayıb.