Dünya

Elektrik enerjisi kəsildi, metro və qatarlar dayandı - Ölkənin ən böyük şəhərində TƏŞVİŞ

Elektrik enerjisi kəsildi, metro və qatarlar dayandı - Ölkənin ən böyük şəhərində TƏŞVİŞ
 
 
 
 
 
 
 
 

Böyük Britaniyanın paytaxtı Londonda elektrik enerjisinin verilişində problemlər yaranıb.

Elektrik enerjisinin kəsilməsi nəticəsində metro və qatarların işi dayandırılıb.

Problemə səbəb şəhəri elektriklə təmin edən "National Grid" şirkətinin sistemində yaranan texniki nasazlıq olub. Metro stansiyalarının tunellərində qaranlıqda qalan sərnişinlər həmin anları görüntüləyiblər.