Gündəm / Dünya

Zelenski həbsdə olan Krım tatarlarının siyahısını Ərdoğana verib

Zelenski həbsdə olan Krım tatarlarının siyahısını Ərdoğana verib

Ukrayna Prezidenti Volodimir Zelenski İstanbula səfəri zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Rusiya tərəfindən saxlanılan ukraynalı əsir və məhbusların siyahısını təqdim edib.

"Kanal14.az" xəbər verir ki, onların arasında repressiyaya məruz qalan Krım tatarları da var.

"Bu gün mən Rusiya tərəfindən repressiyaya məruz qalan və ən ağır şəraitdə həbsxana və düşərgələrdə saxlanılan Ukrayna vətəndaşlarının, xüsusən də Krım tatarlarının siyahısını verdim”, - deyə Zelenski bildirib.