Gündəm / Cəmiyyət

Krımdan Ərdoğana çağırış: "Ümid edirik..."


 

Krımdan Ərdoğana çağırış:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımı ziyarət etməsinə ümid edirik. azia.az xəbər verir ki, bu açıqlama ilə Krım Tatar Hərəkatının sədri Fevzi Kubedinov çıxış edib.Kubedinov Ərdoğana yarımadanın son 5 ildə necə dəyişdiyini göstərməyə hazır olduqlarını bildirib:
"Krım tatarları Ərdoğanın səfərini gözləyir. Yarımadanın son 5 ildə necə dəyişdiyini ona göstərmək istəyirik. Krım tatarlarının sıx şəkildə məskunlaşdığı yerlər inkişaf edir. Ramazan və Qurban bayramları rəsmi tətil günləri elan edilib və region səviyyəsində geniş miqyasda qeyd olunur. Uzun illərdir Simferopolda gözlədiyimiz "Cümə" məscidi tikilir. Edilənləri və planlaşdırılanları çox saya bilərik".