Gündəm / Dünya

Peskovdan Ermənistandakı Rusiya hərbçiləri ilə bağlı AÇIQLAMA

Peskovdan Ermənistandakı Rusiya hərbçiləri ilə bağlı AÇIQLAMA

Ermənistan Rusiya sərhədçilərinin İrəvanın "Zvartnots” hava limanından çıxarılması ilə bağlı qərar qəbul etməyib.

"Kanal14.az" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Diplomatın sözlərinə görə, bu barədə Rusiyaya rəsmi kanallar vasitəsilə məlumat verilməyib: "Bizim anladığımız qədər bu məsələ ilə bağlı heç bir qərar olmayıb. Və heç kim o qərarları rəsmi kanallar vasitəsilə bizə çatdırmayıb".