Gündəm / Cəmiyyət / Foto

Doğulduq ki, yaşayaq, yaşadıq ki, yaşadaq - FOTO

Doğulduq ki, yaşayaq, yaşadıq ki, yaşadaq - FOTO

Müdriklər deyib, "Ağalıq verimlədir, igidlik vurumla".

Bəli, "Ağa" olmağın məsuliyyəti çox böyükdür, bilənə. Filmlərdə, hekayələrdə, nağıllarda gördüyümüz, oxuduğumuz ağalar bizim dövrümüzün bir çox icra başçıları kimi yalnız özlərini düşünüb, xalqı saymayanlar olur təəssüf ki.

Gördüyümüz "ağa"lar, az qala "ağa" sözünü, "qoçu" sözü ilə sinonim halına gətiriblər.

Lakin, ağaların bu cür olması, "AĞA"lığın bu olması demək deyil. "Ağa" odur ki, rəiyyətini düşünsün, onları bir yerə cəm edib, onlara elə rəiyyətin özünün dili ilə desək, "gün ağlasın ", onlarla "əkməyini" (çörəyini) bölüşsün. Başları hər dərdə girdiyində, çarə olmağa çalışsın.

Belə olan halda, xalq da o başçını sevər, hörmət edər və hər yerdə ona dua edib namını göylərə qaldırar. Necə ki, Abşeron rayonu ərazisində yaşayan yüzlərlə şəhid ailələri, qazilər və veteranlar kimi. Hansı ki, bu gün onların hamısının telefonunda birbaşa rayon rəhbərinin telefon nömrəsi var və hər biri digər rayonlarda icra başçısının qəbuluna düşmək üçün aylarla get-gələ salınan vətəndaşlardan fərqli olaraq, istədikləri zaman icra başçısına zəng edib, sözlərini deyə bilirlər.

Xalqla, xüsusilə də xalqın həssas təbəqəsi ilə yaratdığı bu səmimiyyət və razılıq eyni zamanda dövlətin, hakimiyyətin başını ucaltmaqdır. Özü də hər zaman çıxışlarında bildirir ki, "bu mənə ölkə başçısının tapşırığı, sizə isa dövlətin diqqətiidir".

Elə bu səmimiyyətdən yaranan sevgidən, hörmətdən irəli gəlir ki, bu gün Abşeron rayonu ərazisində yaşayan bütün şəhid ailələri doğum günü münasibətilə İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevi doğum günü münasibətilə təbrik edirlər.

Yeri gəlmişkən, biz də "DogruXeber.az" informasiya agentliyinin rəhbəri Kamal Əsgərov başda olmaqla, bütün kollektivimiz adından Abidin müəllimi təbrik edir,ona uzun ömür, sağlam can, işlərində uğurlar və tutduğu nümunəvi yolda layiq olduğu daha böyük zirvələrə ucalmasını arzulayırıq.

Doğulduq ki, yaşayaq, yaşadıq ki, yaşadaq - FOTO

Doğulduq ki, yaşayaq, yaşadıq ki, yaşadaq - FOTO

Doğulduq ki, yaşayaq, yaşadıq ki, yaşadaq - FOTO

Doğulduq ki, yaşayaq, yaşadıq ki, yaşadaq - FOTO

Doğulduq ki, yaşayaq, yaşadıq ki, yaşadaq - FOTO