Gündəm / Cəmiyyət / Dünya / Video

Eyvaz Hüseynovun "səxavət siyahısı"nı təqdim edən müharibə əlili yenə danışdı - VİDEO

Eyvaz Hüseynovun

"Rekord" sayda narazı şəhid ailələri və qazilər birliyinin yaranmasında səbəbkar olan Eyvaz Hüseynovdan yeni xəbər var.

"DogruXeber.az"ın daimi izləyiciləri xatırlamış olar ki, Xocavənd rayonunun icra başçısı Eyvaz Hüseynovdan şikayətçi olan 80 dən çox şəhid ailələri, qazilər və digər sakinlərinin ortaq problemləri barəsində dəfələrlə məlumatlar dərc etmişik. Həmçinin, agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında həmin şəxslərin müraciətlərini canlı yayımlamışıq.

Şəhid ailələri və qazilərin icra başçısına qarşı "üsyan"ı - VİDEO



Elə bir neçə gün əvvəl Xocavənd rayon Kuropatkin kənd sakini, birinci vətən müharibəsi veteranı, üçüncü qrup müharibə əlili - eyni zamanda "Respublika şəhid ailələrinə qayğı" cəmiyyətinin sədri Hamlet Gülməmmədovun təqdim etdiyi siyahını ictimailəşdirmişdik. Hansı ki, o siyahıda hektarlarla torpaq sahələrinə sahib olan Eyvaz Hüseynovun özünün, qardaşlarının və ona yaxın olan bir çox vəzifəli şəxslərin adları yer alırdı. Lakin, illərdir ki, 80-dən çox şəhid ailələri, qazilər, müharibə veteranları və digər Xocavənd sakinləri təsərrüfatla məşğul olmaq üçün pay torpaqlarının olmadığından, məhsuldar torpaqlara Eyvaz Hüseynovun sahibləndiyindən şikayətlənirlər.

Yeri gəlmişkən, Hamlet Gülməmmədov "Kanal14" YouTube kanalında canlı yayımlanan "Kamalın zamanı" proqramında sözügedən siyahını səsləndirdikdən iki gün sonra Hamlet Gülməmmədov redaksiyamızla telefon əlaqəsi saxlayıb bildirdi ki, canlı yayımın ertəsi günündən etibarən İcra Hakimiyyətindən şəhid ailələri və qazilərə zənglər edilir, onlara şikayətçi olmamaları üçün müəyyən vədlər verilir.

Qeyd edək ki, ötən yazımızda da bildirdiyimiz kimi, qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə hətta Eyvaz Hüseynovun mobil nömrəsinə belə zəng etsək də o, telefona cavab vermədi.
"DogruXeber.az" olaraq, hər zaman qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az