Gündəm / Cəmiyyət / Hadisə

Hərbi hissədə qumbara partladı: İKİ HƏRBÇİMİZ AĞIR YARALANDI – TƏFƏRRÜAT

Hərbi hissədə qumbara partladı: İKİ HƏRBÇİMİZ AĞIR YARALANDI – TƏFƏRRÜAT

Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə əsgərin əlindəki qumbara partlayıb.

"Kanal14.az" bildirir ki, bu barədə Gununsesi.info-ya qumbara partlaması nəticəsində xəsarət alan əsgər Rövşən Bayramovun yaxınları deyib.

Bildirilib ki, hərbi hissədə qumbara ilə ehtiyatsız davranılması daha bir hərbçisinin ağır yaralanması ilə nəticələnib.

Hər iki hərbçi əvvəlcə Gəncədəki Hərbi Hospitala aparılsa da vəziyyətləri ağır olduğundan Bakıya gətirilib.

Olayla bağlı Müdafiə Nazirliyindən münasibət öyrənmək cəhdimiz baş tutmadı.