Gündəm / Hadisə

Erməni hərbçi içkili halda ağır qəza törətdi

Erməni hərbçi içkili halda ağır qəza törətdi
Son vaxtlar Ermənistan ordusunun hərbi qulluqçuları arasında spirtli içkilərə meyllilik və bu səbəbdən müxtəlif cinayət hadisələrinin baş verməsi halları çoxalıb.

KANAL14.AZ: - Azvision.az-a istinadən   xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb.
Polis idarəsinə daxil olan məlumatda deyilir ki, Ermənistan ordusunun hərbi qulluqçusu Baris Abalyan sərxoş vəziyyətdə mülki şəxsi vurub. Hadisə yerindən qaçmaq istəyərkən sürücü idarəetməni itirib və avtomobil divara çırpılıb.

Qəzanı törədən şəxsin hərbi qulluqçu olduğu müəyyən edildikdən sonra hərbi polisə də məlumat verilib. Müxtəlif bədən xəsarətləri alan hərbi qulluqçu B. Abalyan xəstəxanaya yerləşdirilib. Mülki şəxsin sağlamlığı ilə bağlı heç bir məlumat yoxdur. Hadisəni ört-basdır etməyə çalışan hissə komandanlığı xəsarət alan mülki şəxsin şikayət etməməsi üçün onun yaxınları ilə danışıqlar aparır.

Faktla bağlı araşdırma aparılır.