Gündəm / Cəmiyyət / Dünya

Meymunlar bu şəhəri ələ keçirdilər

Meymunlar bu şəhəri ələ keçirdilər

Taylandda meymunlar şəhəri işğal ediblər.

"Kanal14.az" xəbər verir ki, əvvəllər Taylandın mühüm turizm və ticarət mərkəzlərindən biri olan Lopburi şəhərini təxminən 3500 meymun ələ keçirib. Meymunların istilası səbəbindən bölgədə həyat dayanıb.

Meymunların istilası səbəbindən şəhərdə bir çox mağaza və iş yeri bağlanıb. Bildirilib ki, şəhərin tarixi yerləri görünməz hala düşüb. Bəzi yerli məmurlar şəhərin tarixi yerlərinin görünməz hala gəldiyini və dövlətin tezliklə bu problemə çarə tapmasını istəyib.