Gündəm / Səhiyyə

COVID-19-la bağlı ümidsizlik: “Vaksin təsirsiz olacaq, yoluxmanı dayandırmayacaq”

COVID-19-la bağlı ümidsizlik:


"Bu virus başqalarından fərqlənir və vaksinə müqaviməti var”

Nüfuzlu Oksford Universitetinin alimlərinin son araşdırma nəticəsi COVID-19 haqqında növbəti ümidsizliyi yaradıb. Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, alimlərin meymunlar üzərindəki sınaqları onu göstərib ki, vaksin edilən heyvanlar arasında yoluxma dayanmayıb.

Belə ki, meymunlar üçün istifadə olunan vaksin prototipi olan "ChAdOx1” vurulub, bir müddət sonra bütün meymunlarda virusa yoluxma olub. Araşıdırmanın nəticəsini təsdiqləyən və şərh verən professor Villiam Haselt, bu virusun başqalarından fərqləndiyini və vaksinə müqavimətinin olmasının təəssüf doğurduğunu deyib.

Məlumata görə, hökumətin dəstəklədiyi araşdırmaya və vaksin hazırlanmasına 90 milyon funt sterlinq xərclənib. Bu sınağın qısa müddətdə insanlar üzərində edilməsi nəzərdə tutulur. Oksfordun vaksin çalışmalarına nüfuzlu dərman şirkəti "AstraZeneca” dəstək verir. /Azerinfo.az/