Gündəm / Siyasət / Dünya

Fələstin hökuməti istefa verəcək - KİV

Fələstin hökuməti istefa verəcək - KİV

Ramallahda hakimiyyətdə olan Fələstin hökuməti bazar ertəsi istefa verəcək.

"Kanal14.az" xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın administrasiyasındakı rəsmi mənbəyə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Baş nazir Məhəmməd Ştaye istefa ərizəsini Fələstin liderinə təqdim edəcək, lakin onun kabineti yeni hökumət formalaşana qədər fəaliyyətini davam etdirəcək.