Küveyt Nazirlər Kabineti bütöv heyətlə istefa verib.

Kanal14.az Unikal.org-a istinadən xəbər verir ki, əmir şeyx Nəvvaf əl Əhməd əl Cabbar əs Sabah yeni kabinet təşkil edilənədək hökumət üzvlərinin öz vəzifələrini icra edəcəklərini bildirib.

 

Qeyd edək ki, iyul ayından ABŞ-da müalicə olunmuş əvvəlki əmir şeyx Sabah əl Əhməd əl Cabbar əs Sabah sentyabrın 29-da vəfat edib.