İdman

Azərbaycanda bu federasiyanın vitse-prezidenti İSTEFA VERDİ

Azərbaycanda bu federasiyanın vitse-prezidenti İSTEFA VERDİ
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Azərbaycan Milli Avarçəkmə Federasiyasının vitse-prezidenti istefa verib.
 iş adamı Elçin Zeynalovun rəhbəri olduğu federasiyanın vitse-prezidenti Natiq Abbasov tutduğu vəzifədən istefa verib.

Bildirilib ki, federasiyada həm maliyyə problemləri var, həm də idmançı qıtlığı yaşanır.

Məsələ ilə bağlı Natiq Abbasovla əlaqə saxladıq. Unikal.org-a danışan keçmiş federasiya rəsmisi istefa verməsini təsdiqləyib:

"Artıq bu məsələləri texniki direktor Leyla Əliyeva icra edir. Hazırda federasiyanın vitse-prezident postu boşdur. Əvvəldən də olduğu kimi "Kür” Olimpiya Tədris İdman Mərkəzinin direktoru vəzifəsini icra edirəm. Sadəcə olaraq orada başqa işlər tapşırılmışdı, çatdıra bilmədiyim üçün istefa verməli oldum. Bu məsələləri də Leyla xanım öz üzərinə götürdü. Bundan əlavə idmançılarımız da çox azalıb, əvvəlki kimi deyil”.

Qeyd edək ki, Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeyalov Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun qudasıdır.Unikal.org-

Aygün İlqarqızı