Gündəm / Siyasət / Dünya

BMT-nin Fələstin üçün xüsusi sessiyası başlayır

BMT-nin Fələstin üçün xüsusi sessiyası başlayır

BMT Baş Assambleyasının Fələstin xalqının müdafiəsi üzrə xüsusi fövqəladə sessiyası dekabrın 12-də öz işini davam etdirəcək.

"Kanal14.az" xəbər verir ki, bu barədə qurum sədrinin mətbuat xidməti məlumat yayıb.

BMT-nin sədri Dennis Francis Baş Assambleyanın 10-cu fövqəladə xüsusi sessiyasının 45-ci plenar iclasının 2023-cü il dekabrın 12-də çağıracağı barədə üzv ölkələri məlumatlandırıb.

Qeyd olunub ki, sessiya Misir və Mavritaniyanın xahişi ilə baş tutacaq.