Gündəm / Cəmiyyət / Dünya

84 il əvvəl yoxa çıxan gəmi tapıldı

84 il əvvəl yoxa çıxan gəmi tapıldı

ABŞ-nin Miçiqan ştatının şimalında batmış "Arlinqton" gəmisi 84 il sonra tapılıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. 

Qeyd olunub ki, kapitan Frederik Börkün rəhbərlik etdiyi gəmi şiddətli fırtınada yoxa çıxmışdı: "İkinci Dünya Müharibəsi dövrünə aid gəmi təxminən 84 ildən sonra Superior gölünün dibində tapılıb. Gəminin batması 1940-cı ilin mayında baş verdi. Fırtınadan sonra gəminin köməkçisi istiqaməti dəyişmək əmri verib, lakin kapitan Börk yenidən geri qayıtmağı əmr edib. Nəticədə "Arlinqton" yedək gəmi ilə toqquşub. Kapitandan başqa hamı gəmidən çıxa bilib.