Dünya

NASA-nın kosmik gəmisi yerə düşdü

NASA-nın kosmik gəmisi yerə düşdüNASA-nın asteroid zənn edilən kosmik gəmisi yerə düşüb.

Kanal14.az "NTV"yə istinadən xəbər verir ki, NASA, kosmik gəminin atmosferdə yanaraq yer üzünə təhlükəsiz şəkildə düşdüyünü bildirib.
Atmosferə daxil olduqdan sonra yanan kosmik gəmi çox insan tərəfindən asteroidə bənzədilib.

 

İngilis mətbuatında yer alan xəbərdə, Sakit okean üzərindən yerə düşən gəminin hər hansı bir zərərə yol açmadığı bildirilib.

Qeyd edək ki, 1964-cü ildə buraxılan "Orbiting Geophysics Observatory 1" (OGO-1) adlı kosmik gəmi 5 il fəaliyyət göstərib. 1969-cu ildə, bu kosmik gəmi ilə alimlər elə də çox məlumat əldə edə bilmədikləri üçün onu gözlətmə rejiminə keçirib.