Gündəm / Siyasət

Ermənistan və Azərbaycan arasında daha bir görüş keçirilə bilər

Ermənistan və Azərbaycan arasında daha bir görüş keçirilə bilər

Ermənistan və Azərbaycanın sərhəd demarkasiyası komissiyalarının yanvarın 31-də keçirilən iclasında cari məsələlər müzakirə olunub. 

"Kanal14.az" xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini, Ermənistan komissiyasının sədri Mher Qriqoryan bildirib.

O, növbəti görüşün təşkili barədə danışıb: "Növbəti görüşlə bağlı hələlik razılaşmamız yoxdur, amma düşünürəm ki, tezliklə onu təşkil edəcəyik. Biz komitə iclaslarında bir çox məsələləri müzakirə edirik. İndi daha ətraflı məlumat verə bilmərəm. Bizim hər iki ölkənin təsdiq etdiyi iş prosedurumuz var". 

Qriqoryanın sözlərinə görə, demarkasiya üçün çoxlu materiallar lazımdır, bu, böyük işdir və onların hamısının bir yerdə cəmləşdiyini demək olmaz.