Gündəm / Siyasət / Dünya

Ermənistan delimitasiya ilə bağlı reqlamenti təsdiqlədi

Ermənistan delimitasiya ilə bağlı reqlamenti təsdiqlədi

Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyanın fəaliyyətinin reqlamentini təsdiqləyib və bu komissiya onun iş prosesini institusional şəkildə təsvir edəcək.

"Kanal14.az" xəbər verir ki, Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sözlərinə görə, bu gün Bakı da reqlamenti təsdiq edəcək və ölkələr eyni vaxtda sənədin mətnini dərc edəcəklər.

Qriqoryan ikinci sənədin hazırlanmasının zəruriliyindən də danışıb, bu sənəddə ölkələrin hansı prinsiplər və hansı xəritələr əsasında delimitasiya aparacağı göstəriləcək.