Gündəm

Bu gündən Novruz yarmarkaları açılır

http://olke.az/uploads/1551504567/yarmarka.jpg
 
 
Novruz bayramının yaxınlaşması ilə əlaqədar martın 2-dən etibarən paytaxtın bütün rayonlarında Novruz yarmarkaları açılacaq.

Bu yarmarkalarda olan malları bazar qiymətlərindən xeyli ucuz olacaq. Respublikanın müxtəlif bölgələrindən gəlmiş fermerlər şəhər sakinlərinə geniş çeşiddə olan  kənd təsərrüfat mallarını təqdim edəcəklər. Məhsulların keyfiyyəti və qiymətlərinə müvafiq qurumlar  nəzarət edəcək.

 

Həmçinin, paytaxt sakinlərinin rahatlığı üçün 12 yerdə, ilk növbədə, metro stansiyalarının yaxınlıqlarında 23-dən çox Novruz çadırları quraşdırılıb.

 

Yarmarkalar martın 25-nə kimi davam edəcək.