Gündəm / Hadisə / Dünya

Alimlər Saturnun peykində okean aşkar ediblər

Alimlər Saturnun peykində okean aşkar ediblər

Paris Universitetinin (Fransa) tədqiqatçısı Valeri Laininin rəhbərlik etdiyi bir qrup avropalı və çinli astronom Saturnun ən yaxın peyki olan Mimasın buzlu səthinin altında 20-30 km dərinlikdə buzaltı okeanın olduğuna dair Cassini zondunun məlumatlarında sübut tapıb. 

"Kanal14.az" xəbər verir ki, alimlərin tədqiqatı "Nature" jurnalında dərc olunub. 

Bildirilir ki, bu okean 25 milyon ildən az əvvəl əmələ gəldiyi üçün bu ayın səthində onun mövcudluğuna dair izlər görünmürmüş.