Gündəm / Cəmiyyət / Dünya

39 il həbsdən sonra günahsız olduğu ortaya çıxdı

39 il həbsdən sonra günahsız olduğu ortaya çıxdı

71 yaşlı amerikalı Harold Staten məhkəmənin səhv hökmünə görə 39 ildən çox yatdığı həbsxanadan azad edilib.

"Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir ki, Amerikanın Filadelfiya şəhər məhkəməsi Harold Statenin təxminən 40 il əvvəl yanğına görə təqsirli bilib. Lakin illər sonra kişinin günahsız olduğu ortaya çıxdıqdan sonra məhkəmə onunla bağlı hökmü ləğv edib.

Staten 1984-cü ildə bir insanın ölümü ilə nəticələnən yaşayış binasını yandırmaqda təqsirli bilinib. Həmin şəxs barəsində çıxarılan hökm azyaşlı şahidin ziddiyyətli ifadələri və indi köhnəlmiş üsullarla aparılan ekspertizaya əsaslanıb. Staten yandırma, ikinci dərəcəli qətl və bir sıra əlaqəli cinayətlərə görə şərti azad edilmədən ömürlük verilib. Prokurorlar iddia edirdilər ki, amerikalı dostunun evini ailədaxili fikir ayrılıqları üzündən onunla mübahisə etdikdən sonra yandırıb.