Gündəm / Hadisə / Dünya

Timsahlar "peyğəmbər"i parçalayıb öldürdü

Timsahlar

Cənubi Afrikada özünü peyğəmbər elan edən 48 yaşlı kişi çayda vəftiz zamanı timsahların hücumuna məruz qalıb.

"Kanal14.az" xəbər verir ki, hadisə Apel bölgəsində qeydə alınıb.  Timsahlar kişini parçalayaraq öldürüb. Yerli polis  "peyğəmbər"in parçalarını çay qırağında tapıb. 

Hadisədən sonra polis dini liderlərə və yerli sakinlərə çaylarda, dərələrdə və bəndlərdə dini mərasimlər keçirmələrini qadağan edib.  Digər tərəfdən, Afrikada hər il yüzlərlə insan yaşayış məntəqələrini zəbt edən vəhşi heyvanların hücumları nəticəsində həyatını itirir.