Gündəm / Sosial / Səhiyyə

Göyçayda itlərin hücumuna məruz qalan yeniyetmə ölüb

Göyçayda itlərin hücumuna məruz qalan yeniyetmə ölüb
Göyçay rayonunda itlərin hücumuna məruz qalan yeniyetmə oğlan ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Qarabaqqal kənd sakini, 2006-cı il təvəllüdlü Ömərov Arif Asif oğlu Novruz bayramı günü axşam saatlarında qonşuların həyətinə papaq atarkən küçədə itlərin hücumuna məruz qalıb. O, qaranlıq vaxtı köməksiz olduğu üçün itlərdən qorxub, halı pisləşib. Qorxu səbəbindən xəstələnən 10-cu sinif şagirdi xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Arif 5 gün sonra orada ölüb.

Faktla bağlı araşdırma aparılır.