Gündəm / Siyasət / Cəmiyyət

Ermənistan yeni mina xəritələrini Azərbaycana ötürə bilər

Ermənistan yeni mina xəritələrini Azərbaycana ötürə bilər

Ermənistan tərəfi minalanmış sahələrin yeni xəritələrini Azərbaycana ötürə bilər.

"Kanal14.az" xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Nazir 2023-cü ilin yekun mətbuat konfransında deyib: "Belə xəritələr iki dəfə ötürülüb. İndi Ermənistanın müvafiq qurumları tədqiqatlar vasitəsilə mümkün yeni minalar haqqında məlumatların bərpası üzərində işləyir. İstisna etmirəm ki, biz onu yenidən Azərbaycan tərəfinə keçirək. Bu dəfə biz o aksiyanı beynəlxalq tərəfdaşlar vasitəsilə etməliyik".