Gündəm / Siyasət

İrəvan 5-ci dəfə Bakıya eyni təklifləri göndərib - Ermənistan KİV

İrəvan 5-ci dəfə Bakıya eyni təklifləri göndərib - Ermənistan KİV

İrəvan beşinci dəfədir ki, Ermənistan tərəfinin eyni sazişlə bağlı təkliflərini Bakıya çatdırır.

"Kanal14.az"ın Cebhe.info-ya istinadən məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan "NEWS.am”a müsahibəsində belə deyib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycana yeni sülh müqaviləsi layihəsi təqdim etməyib. Bu, danışıqlardakı müqavilə variantının yeni təklifləridir.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 24-də hökumətin iclasında Azərbaycana yeni təkliflərin göndərildiyini deyib.