Gündəm / Siyasət

Mirzoyan sülhün hansı halda mümkün olduğunu AÇIQLADI

Mirzoyan sülhün hansı halda mümkün olduğunu AÇIQLADI

Ermənistanla Azərbaycan arasında sabit sülhə nail olmaq olar.

"Kanal14.az" xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birgə mətbuat konfransında bildirib.

"Bu, bir-birinin ərazi bütövlüyünün birmənalı şəkildə tanınması və iki ölkənin sərhədlərinin delimitasiyası həyata keçirildiyi halda mümkündür", - deyə Ermənistan XİN rəhbəri deyib.

O, qeyd edib ki, Cənubi Qafqazda uzunmüddətli və ləyaqətli sülhün təmin edilməsi erməni xalqı üçün həyati zərurətdir.