"Kanal14.az" erməni KİV-ə istinadən xəbər verir  ki,  bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Çexiyanın xarici işlər naziri Yan Lipavski ilə görüşdən sonra mətbuat konfransında deyib. 

"Təbii ki, Rusiyaya qarşı sanksiyalar Ermənistanın iqtisadi inkişafına və ümumilikdə regionun iqtisadi vəziyyətinə birbaşa və ya dolayı yolla mənfi təsir göstərir. Ona görə də biz bu çağırışları aradan qaldırmaq və mümkünsə neytrallaşdırmaq üçün qısa və ortamüddətli həll yolları və mexanizmlər tapmağa çalışırıq. Ümid edirəm ki, biz bu prosesdə uğur qazanacağıq”, - deyə Mirzoyan bildirib.