Gündəm / Hadisə / Dünya

İsrail Dəməşqə zərbə endirdi — 4 iranlı zabit öldü

İsrail Dəməşqə zərbə endirdi — 4 iranlı zabit öldü

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Dəməşqin qərbində, İranın Suriyadakı səfirliyinin yaxınlığında yerləşən iranlı hərbi müşavirlərin yataqxanalarından birinə raket zərbələri endirib.

"Kanal14.az" Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə "Əl Məyadin” telekanalı məlumat yayıb.

Məlumata görə hücumda İslam İnqilabı Keşikçiləri Korpusuna aid (SEPAH) "Əl-Qüds” xüsusi təyinatlı qüvvələrində komandanlıq postlarını tutan dörd iranlı zabit həlak olub. Onlardan biri general Yusef Omid Zadə Suriyada SEPAH kəşfiyyat xidmətinə rəhbərlik edirdi.

Hücumda üç təyyarə iştirak edib. Hərbi müşavirlərin yaşadığı dördmərtəbəli ev tamamilə dağılıb.

Qeyd edək ki, dekabrın 25-də Dəməşqin cənubundakı Seyyidə Zeynəb bölgəsində İsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində Suriyada SEPAH-ın bir qrup hərbi müşavirinə rəhbərlik edən general Razi Musəvi öldürülüb.

O, 2020-ci il yanvarın 3-də ABŞ Hərbi Hava Qüvvələrinin Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında raket hücumu nəticəsində həlak olan general Qasım Süleymaninin yoldaşlarından biri hesab olunurdu.