Gündəm / Hadisə / Dünya

ABŞ SEPAH-ı vurdu: Ölənlər var

ABŞ SEPAH-ı vurdu: Ölənlər var

Amerikanın Suriyada İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH)  aid olan hədəflərə endirdiyi zərbələr nəticəsində azı 6 nəfər həlak olub. 

"Kanal14.az" xəbər verir ki,  bu barədə "Fox News" telekanalı məlumat yayıb. 

Bildirilir ki, artıq Pentaqonun özü də zərbəni rəsmən təsdiqləyib. Lakin idarədən əməliyyatın uğuru ilə bağlı hələlik heç bir açıqlama verilməyib. Bundan əvvəl Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki Koniko neft yatağındakı ABŞ bazasının raket atəşinə tutulduğu bildirilmişdi.

Bazaya 15 raket atılıb ki, bu da sonda güclü partlayışlara səbəb olub.