Gündəm / Siyasət

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının komandanı İranın Ermənistan və Azərbaycanla sərhədlərinə səfər edib.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının komandanı İranın Ermənistan və Azərbaycanla sərhədlərinə səfər edib.

"Kanal14.az" "Tasnim"ə istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur ölkənin şimal-qərbində İranın Ermənistan və Azərbaycanla sərhəd bölgəsinə səfər edib.

Səfər zamanı Pakpur sərhədyanı bölgələrdə hərbi qulluqçularla söhbət edərək, onların döyüş hazırlığını, həmçinin "sayıqlıq və döyüş ruhunu” yüksək qiymətləndirib. O, həmçinin əsgərlərə "sayıqlıq və hazırlıq”ın ən yüksək səviyyədə saxlanmasının vacibliyini bildirib.

Qeyd olunur ki, bundan əvvəl İİKK quru qoşunlarının komandanı da İranın şimal-şərq sərhədinə səfər edib.

Kanal14.az
Jalə Asiman