Qəzzadan köçkün olan insanlardan Misirə keçmək üçün külli miqdarda pul tələb olunur.

"Kanal14.az” xəbər verir ki, türk vətəndaşı Rıfat Şakşak adlı şəxs, Qəzza zolağından çıxıb Türkiyəyə ailəsinə getmək üçün 10 min dollar ödəyib.

Bildirilib ki, Şakşakın müharibənin 47-ci günündə Qəzza zolağından çıxışını asanlaşdırmaq üçün ondan tələb olunan məbləğin özü üçün təxminən 10 min dollar və oğlu üçün 6 min dollar təşkil edib. Sözügedən şəxs bu vəziyyət qarşısında çaşdığını bildirib.

Şakşak sərhəddən keçərkən 16 min dollar ödəyərək döyüş meydanını tərk etməyi bacarıb. Qeyd olunub ki, əgər sözügedən məbləğ ödənilsə və İsrail etiraz etməsə, Qəzzalıların  müharibədən xilas olacağına zəmanət verilir.