İqtisadiyyat

Banklar bugünkü valyuta hərracında 55 mln. dollar cəlb edib

Banklar bugünkü valyuta hərracında 55 mln. dollar cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Kanal14.az AMB-dən "APA-Economics"ə verilən məlumata əsasən bildirir ki, hərracda tələb 55 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (30 iyul 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 9,1% və ya 5,5 mln. dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.