İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşıb

 Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 2-də 38,84 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,33 dollar/barel azdır.
Mumtv.az bildirir ki,bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 38,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,34 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 38,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,33 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 38,61 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,31 dollar/barel azdır.