Gündəm / Dünya

Rusiya elektronika alverində ərəb pulu ilə ödəniş edir

Rusiya elektronika alverində ərəb pulu ilə ödəniş edir

Rusiyaya elektronika tədarük edənlər sanksiyalara görə dollar və avro ilə ödənişlərdən imtina edərək Çin yuanı və BƏƏ dirhəmlərinə keçməli olublar.

"Kanal14.az" xəbər verir ki, bunu elektronika istehsalçılarından birinin meneceri "İzvestiya”ya bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə ölkəyə daxil olan demək olar ki, bütün elektronika alışları "dost” ölkələrin valyutaları ilə ödənilib.

"İndi biz 99 faiz hallarda rubl, yuan, dirhəm, von, donqdan istifadə edirik”, – idxalçılardan biri təsdiqləyib.

Başqa bir distribütorun sözlərinə görə, artıq 2023-cü ilin ikinci rübündə qadcetlərin təxminən 50 faizi yuana alınıb.

"Çox vaxt bu, tədarük haqqını tez və problemsiz ödəmək üçün yeganə imkandır”, – o bildirib.

Alternativ valyutalara keçidin üstünlüklərindən biri də yüklərin izlənilməsi riskinin olmamasıdır. Eymi zamanda "dost olmayan” ölkələrin müxbir bankları əməliyyatlarda iştirak etmirlər ki, bu da ödənişlərin sürətli işlənməsini təmin edir.