Gündəm / Siyasət

Fransa nəhəngi Rusiyaya şampan ixracından imtina etdi

Fransa nəhəngi Rusiyaya şampan ixracından imtina etdi
Fransanın ən böyük şampan istehsalçılarından biri olan "Moet Hennessy” şirkəti Rusiyaya şampan tədarükünü dayandırıb.

KONKRET.az xəbər verir ki, şirkət buna səbəb kimi Rusiyaya gətirilən içkilərin "köpüklü şərab” adlandırılması ilə bağlı qanunvericilik tələbini göstərib. Şirkət bunun üçün yenidən sertifikasiya alınmasına ehtiyac duyulduğunu, ona görə də bu addımı atmağa hazır olmadığını bildirib.

Qeyd edək ki, bu şirkət Rusiyaya idxal edilən şampanların 2%-ni tədarük edir.