Gündəm / Siyasət / Dünya

2025-ci ildə Ukraynadakı müharibə başa çatacaq

2025-ci ildə Ukraynadakı müharibə başa çatacaq

Kreml Almaniyanın "Bild” qəzetinin Almaniyanın Rusiya ilə NATO müharibəsi planı hazırladığı iddiasına dair dərcinə münasibət bildirməyib.

"Kanal14.az" xəbər verir ki, müvafiq sual brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova verilib.

Kremlin rəsmi nümayəndəsi bildirib ki, son vaxtlar bu nəşr müxtəlif  yazılar dərc edir. 

Xatırladaq ki, "Bild” qəzeti Almaniya Federativ Respublikasının Rusiya ilə müharibə planı hazırlamasından bəhs edən məxfi sənədin əlinə keçdiyini iddia edir. Onun sözlərinə görə, münaqişə 2025-ci ildə Ukraynanın məğlubiyyətindən sonra başlaya bilər. İddiaya görə, Rusiya Almaniyaya hücum etmək üçün Kalininqrada qoşun köçürəcək, NATO isə şərq cinahına 300 min əsgər köçürməklə cavab verəcək.