Gündəm / Siyasət / Dünya

Kreml Belarusda nüvə silahının yerləşdirilməsini NATO-nun genişlənməsinə cavab adlandırıb

Kreml Belarusda nüvə silahının yerləşdirilməsini NATO-nun genişlənməsinə cavab adlandırıb

"Kanal14.az" "İnterfaks”a istinadən xəbər verir ki, Kreml bildirib ki, Rusiyanın taktiki nüvə silahlarının Belarusda planlaşdırılan yerləşdirilməsi NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasına cavabdır.

"NATO Rusiya sərhədlərinə doğru genişlənir. Hərbi infrastrukturu ilə NATO-nun sərhədlərinə yaxınlaşan Rusiya deyil, bu, əks istiqamətdə hərəkətdir”, - prezident Putinin sözçüsü Dmitri Peskov bildirib. Brifinqdə ondan NATO-nun baş katibi Yens Stoltenberqin Moskvanın Belarus ərazisində taktiki nüvə silahı yerləşdirmək planlarına dair sözlərinə münasibət bildirməsi xahiş olunub.

"Təhlükəsizliyimizdən narahat olaraq, təbii ki, biz bunu təmin etmək üçün tədbirlər görürük", - deyə, Kreml sözçüsü bildirib.

Onun sözlərinə görə, Rusiya və Belarus rəhbərliyinin bu qərarı Avropada qüvvələr balansını balanslaşdırmaq üçün nəzərdə tutulub.

"Və NATO hər dəfə sərhədlərimizə yaxınlaşanda (Rusiya tədbirlər görür) qitədə bütün təhlükəsizlik arxitekturasını yenidən balanslaşdırmaq üçün", - Peskov deyib.

Daha əvvəl NATO-nun baş katibi bildirib ki, Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi barədə qərar qəbul edildikdən sonra Rusiyaya və onun vədlərinə etibar etmək olmaz. Bu arada, bu qərarın qəbul edilməsindən bir neçə gün əvvəl Rusiya-Çin birgə bəyannaməsi tərəflərin öz ərazilərindən kənarda nüvə silahı yerləşdirməkdən çəkinəcəklərini açıqlayıb, Stoltenberq bildirib.

Kanal14.az
Jalə Əsədova