Gündəm / Cəmiyyət / Hadisə

"Kanal 13"ün aparıcısı azadlığa buraxıldı


Ötən ay həbs edilən "Kanal 13” internet televiziyasının aparıcısı Rüfət Muradlı azadlığa buraxılıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar.

Qeyd edək ki, R.Muradlı İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə Xətai Rayon Məhkəməsinin qərarına əsasən 30 sutka inzibati qaydada həbs edilmişdi.