Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial

Qarabağda torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi ilə bağlı YENİLİK

Qarabağda torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi ilə bağlı YENİLİK

İşğaldan azad edilmiş ərazilərdə torpaqayırma modulu yaradılacaq.

Bu barədə İqtisadiyyat.az Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzindən məlumat əldə edib.

Qeyd edilib ki, bu, birpəncərə arxkom.gov.az sisteminə inteqrasiya ediləcək.

Məlumatda bildirilir ki, burada məqsəd azad edilmiş ərazilərdə tikinti məqsədləri üçün torpaq sahələrinin istifadəyə və ya icarəyə verilməsi barədə müraciətlərin sadələşdirilməsi və şəffaflaşdırılmasıdır.