Gündəm / Cəmiyyət

İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr yaradılacaq

İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr yaradılacaq

İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr yaradılacaq. 

"Kanal14.az" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev deyib.

"Yaxın gələcəkdə işğaldan azad edilmiş ərazilərdə həyat tam bərpa ediləcək və biz orada bütün sahələrdə olduğu kimi yerli özünüidarəetmə sahəsində də inkişafın şahidi olacağıq", - deyə sektor müdiri bildirib.