Gündəm / Cəmiyyət / Hadisə

General Bəkir Orucova HÖKM OXUNDU

General Bəkir Orucova HÖKM OXUNDU

"Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucovun məhkəməsi başa çatıb.

"Kanal14.az" xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasan, Bəkir Orucov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İntiqam Məmmədov 6 il 6 ay, Rahib Məmmədov 6 il 6 ay, Ziya Kazımov 9 il 6 ay və Ülvi Rəşidov 9 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.