Gündəm / Hadisə / Dünya

İsrail hər gün 106 uşağı öldürür

İsrail hər gün 106 uşağı öldürür

İsrail ordusu oktyabrın 7-dən Qəzza zolağına etdiyi hücumlarda gündə ən azı 106 fələstinli uşağı öldürüb.

"Kanal14.az" xəbər verir ki,  Fələstin hökumətinin Qəzzadakı media bürosundan verilən açıqlamada İsrailin Qəzzaya 80 gündür təşkil etdiyi hücumlarda 8 min 500 uşaq və 6 min 300 qadının həlak olduğu bildirilib.

Açıqlamada, 70 faizi qadın və uşaq olmaqla 7 min nəfərin dağıntılar altında qaldığı və ya itkin düşdüyü qeyd olunub. Həmçinin, İsrailin hücumlarında 103 jurnalist həyatını itirib. 

Bəyanatda İsrail qüvvələrinin 101 səhiyyə işçisi və 9 jurnalisti həbs etdiyi bildirilərək, 2,3 milyon əhalisi olan Qəzza zolağında 1,8 milyon insanın didərgin düşdüyü vurğulanıb.