Gündəm / Hadisə / Dünya

İki ayda 75 jurnalist müharibə zonasında öldürülüb

İki ayda 75 jurnalist müharibə zonasında öldürülüb

Fələstin Jurnalistlər Birliyi İsrailin iki aydır davam edən hücumlarında həyatını itirən, yaralanan, nəzarətə alınan və evlərini itirən jurnalistlərlə bağlı hesabat yayıb.

"Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir ki, hücumlarda 75 jurnalist həyatını itirib, 80-ə yaxın mətbuat əməkdaşı isə yaralanıb. Həmçinin, 2 jurnalistin itkin düşdüyü bildirilib.

İsrailin minlərlə dinc sakinin ölümünə, on minlərlə insanın yaralanmasına səbəb olan hücumlarında yüzlərlə hərbi cinayət və pozuntular törətdiyi qeyd edilib.

Məlumata görə, hücumlarda ailələrini və yaxınlarını itirmiş jurnalistlərin çalışdığı media mərkəzlərinin də dağıdıldığı bildirilib.